Əgər Çexiyada prezident seçkiləri bu gün keçirilsəydi, prezident Andrey Babiş olardı
AzerTAg.az
Praqa, 1 avqust, AZƏRTAC
Çexiyada qarşıdakı prezident seçkilərində kimin qalib gələcəyi barədə rəy sorğusu aparılıb. Məlum olub ki, ANO hərəkatının lideri, keçmiş Baş nazir Andrey Babiş hamıdan çox şansa malikdir: rəyi soruşulanların 25,5 faizi ona üstünlük verir.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, Babiş elə ilk turda öz rəqiblərini geridə qoya bilərdi. İkinci yeri NATO-da Çexiya ordusunun keçmiş ali nümayəndəsi Peter Pavel tutur. Pavel 21 faiz səs toplayıb. Belə çıxır ki, Pavel ilə Babiş arasında fərq azalmaqdadır, çünki bir ay bundan əvvəl aparılmış rəy sorğusunda sabiq Baş nazir 28,5 faiz, general Pavel isə 19,5 faiz səs toplamışdı.
Yeni sorğunun yekunlarına görə, üçüncü yeri iyun ayında olduğu kimi yenə həmkarlar ittifaqının lideri Jozef Strjidula tutub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin mətnində orfoqrafik səhv var