QAN YADDAŞI


“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

Buxarest, 23 fevral, AZƏRTAC

Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanan Xocalı soyqırımından bəhs edən mətbuat açıqlamasını yayıb.

AZƏRTAC xəbər verir ki, yazıda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən həyata keçirilən soyqırımı haqqında ətraflı məlumat verilir. Faciə zamanı uşaqların, yaşlıların və qadınların xüsusi qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Ermənilərin azərbaycanlılara qarşı illər boyu apardıqları təcavüzkar siyasətdən danışılır. Qeyd olunur ki, Azərbaycanın ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məqalədə bildirilir ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən bir çox qətnamə və qərarlar qəbul edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.