CƏMİYYƏT


Ağgöl və Şirvan Milli parklarının yaradılması günü ilə əlaqədar müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

Ağgöl və Şirvan Milli parklarının yaradılması günü ilə əlaqədar hər iki milli parkda müxtəlif əyləncəli və rəngarəng tədbirlər həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağgöl milli parkını ziyarət edən turistlər göldə qayıqla səyahət edərək quşları və ceyranları müşahidə edib. Milli parkla tanış olmağa gələn azyaşlı uşaqlar isə açıq havada onlar üçün yaradılmış guşədə təbiət rəsmləri çəkiblər.

Şirvan Milli Parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari tur və atla gəzinti təşkil edilib, eyni zamanda, dulusçuluq sənəti nümunələrinin, yerli xalçaların nümayişi həyata keçirilib.

Xatırladaq ki, Ağgöl və Şirvan Milli parkları 2003-cü il iyulun 5-də su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.