ELM VƏ TƏHSİL


“Ağıllı” bilbordlar şəbəkəsinin intellektual idarə olunması məsələləri müzakirə edilib

Bakı, 7 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutun baş mütəxəssisi Kəmalə Haşımova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (НСКФ-2021) “Sənaye 4.0-da İOT platformasında “ağıllı” bilbordlar şəbəkəsinin intellektual idarə olunması məsələləri” haqqında məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, K.Haşımova Sənaye 4.0-ın sürətlə yayılması nəticəsində reklam-marketinq sahəsində yeni texnologiyaların tətbiqinə geniş yol açıldığını diqqətə çatdırıb. Bildirib ki, istər küçə reklamı, istərsə də internet reklam marketinqinin inkişafında süni intellekt texnologiyalarının xüsusi rolu vardır.

K.Haşımova zaman keçdikcə süni intellektin yalnız məlumatları təhlil etməklə kifayətlənmədiyini, yeniliklər yaratmaqda insanlara kömək etdiyini bildirib. Əlavə edib ki, bu məqsədlə süni intellektin reklam sahəsində tətbiq edilməsi, onların iş prinsipi araşdırılıb, bu sahədə yeni texnologiyaların tətbiq olunma prosesləri öyrənilib.

Qeyd edək ki, НСКФ-2021 noyabrın 30-dan dekabrın 3-dək davam edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.