DÜNYA
“Ağıllı” çanta hazırlanıb
Bakı, 30 avqust, AZƏRTAC
“PAIX Design” startap şirkəti LED-ekran, eləcə də fotoaparat və videokamera quraşdırıla bilən “ağıllı” “Mexxenger” çantasını təqdim edib.
AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, çanta özündə maraqlı dizaynı və yüksək funksionallığı birləşdirir. Hələlik çanta üçün 3 əlavə əlçatandır. Gələcəkdə yeni əlavələrin olacağı qeyd olunur. Bunlardan birincisi, müxtəlif rənglərlə istifadəçinin əhvali-ruhiyyəsini əks etdirən fənərdir (Mood Torch). Fənər “PAIX app” mobil əlavəsinin köməyi ilə idarə olunur. İkincisi, foto və video çəkə bilən kameradır (Life Camera). Üçüncüsü isə maqnitin köməyi ilə çantaya bərkidilən, çanta smartfondan 3 metrdən çox məsafədə olduqda istifadəçini xəbərdar etmək imkanına malik “ağıllı” ekrandır. Bundan başqa, istehsalçılar qeyd edirlər ki, çantada simsiz enerji yükləməsi üçün xüsusi cib də mövcuddur.
Layihə artıq “Kickstarter” platformasında təxminən 85 min ABŞ dolları vəsait toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]