İDMAN


Ağır atletika millimiz Las-Veqasda dünya birinciliyində mübarizəyə başlayır

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da ağır atletika üzrə milli komandamız ABŞ-ın Las-Veqas şəhərində yeniyetmələr arasında səkkizinci dünya birinciliyində mübarizəyə başlayır.

AZƏRTAC xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının 5 atleti mübarizə aparacaq. Asif Məmmədovun başçılıq etdiyi komandada Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.