İDMAN


Ağır atletika millimiz dünya birinciliyinə hazırlığı davam etdirir

Bakı, 7 mart, AZƏRTAC

Martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar yığmamız Las-Veqas şəhərindəki “Vestqeyt Las Veqas” otelində qurulan məşq zalında çalışmalarını davam etdirir.

Qeyd edək ki, 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının 5 atleti mübarizə aparacaq. Asif Məmmədovun başçiliq etdiyi komandada Ömər Cavadov (55 kiloqram), Elşən Məmmədov (61 kiloqram), Rüstəm Qasımov (67 kiloqram), Əli Şükürlü (96 kiloqram) və Rəhman Kazımov (102 kq-dan yuxarı) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.