İDMAN


Ağır atletika üzrə Avropa çempionatında iştirak edən idmançılar və onların məşqçiləri ilə Batumidə görüş olub

Tbilisi, 10 aprel, AZƏRTAC

Azərbaycanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə ağır atletika üzrə Avropa çempionatında iştirak edən azərbaycanlı idmançılar, onların məşqçiləri, eləcə də bu çempionatı idarə edən hakimlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, baş konsul Azərbaycan Prezidentinin ölkəmizdə idmanın inkişafına, idmançılara göstərdiyi qayğıdan danışıb. Bunun nəticəsində Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını qeyd edib.

İdmançılara və onların məşqçilərinə uğurlar arzulayan baş konsul bütün beynəlxalq idman yarışlarında qazanılan medalların, Azərbaycan bayrağının dalğalandırılmasının bizim üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Avropa çempionatına hakimlik edən azərbaycanlı hakim Azad Mustafayev göstərilən diqqət və qayğıya görə idmançılar və məşqçilər adından Azərbaycan Prezidentinə minnətdarlıq edib.

İdmançılar Azərbaycana qələbə ilə qazanmaq üçün bütün qüvvələrini sərf edəcəklərini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.