İDMAN


Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakı, 10 may, AZƏRTAC

Mayın 11-12-də gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, birincilik Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında təşkil olunacaq. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.