İDMAN


Ağır atletika üzrə Azərbaycan birinciliyinin ikinci gününün ilk qalibləri müəyyənləşib

Bakı, 2 oktyabr, AZƏRTAC

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. İkinci yarış günündə ilk olaraq körpücük üzərinə çəkisi 73 kiloqram çəki dərəcəsində mübarizə aparan oğlanlar çıxıblar.

AZƏRTAC xəbər verir ki, yaşı 20-dək olan idmançılar arasında bu çəki dərəcəsində toplam 253 kiloqram (111+142) nəticə göstərən Rəhim Kazımov qızıl medal qazanıb. Nəcəf Nəzərov 208 kiloqram (92+116) nəticə ilə gümüş, Kamal İsmayılov 201 kiloqram (86+115) nəticə ilə bürünc medala sahib çıxıblar.

Yaşı 23-dək olan idmançılar arasında isə fəxri kürsünün ən yüksək pilləsinə 262 kiloqram (120+142) nəticə ilə Kənan Xəlilov qalxıb. Sonrakı pillələrdə müvafiq olaraq 251 kiloqram (110+141) nəticə ilə Ruslan Həsənov və 206 kiloqram (100+106) nəticə ilə Nizami Həsənov qərarlaşıblar.

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.