İDMAN


Ağır atletika üzrə Azərbaycan çempionatı: Məhəmməd Məmmədli 67 kiloqram çəki dərəcəsində qalib olub

Bakı, 8 fevral, AZƏRTAC

Ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişilər arasında 67 kiloqram çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllılı atlet Məhəmməd Məmmədli bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, ümumilikdə 277 kiloqram (122+155) nəticə ilə hamını qabaqlayıb. Sonrakı yerləri müvafiq olaraq ümumilikdə 260 kiloqram (120+140) nəticə ilə Rüstəm Qasımov və 250 kiloqram (110+140) nəticə ilə Elməddin Hüseynov tutublar.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayır.

Çempionatın keçirilməsi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.