İDMAN


Ağır atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, son olaraq körpücük üzərinə 89, 96, 102, 109 və +109 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Çempionatda 89 kiloqram çəki dərəcəsində toplam 276 kiloqram (125+151) nəticə göstərən Ceyhun Tağızadə qalib adını qazanıb. Bundan başqa, 96 kiloqram çəki dərəcəsində toplam 332 kiloqram (148+184) nəticə ilə Nailxan Nəbiyev, 102 kiloqram çəki dərəcəsində isə toplam 323 kiloqram (148+175) nəticə ilə Əliş Nəzərov çempion olublar. Bundan başqa, 109 kiloqram çəki dərəcəsində toplam 270 kiloqram (115+155) nəticə ilə İsmayıl Qurbanov, 109 kiloqramdan yuxarı çəki dərəcəsində isə 312 kiloqram (140+172) nəticə ilə Həsənbəy Həsənzadə çempion adına layiq görülüblər.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayıb.

Çempionatın idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədilə təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.