İDMAN


Ağır atletika üzrə İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Ağır atletika üzrə İraq yığma komandası Azərbaycan Ağır Atletika Federasiyasının mərkəzi məşq bazası olan AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışına başlayıb.

AZƏRTAC xəbər verir ki, İraq seçməsi Bakıda 2 həftə təlim-məşq toplanışı planlaşdırılır.

Bakıya yığma komandanın əsas heyət üzvləri ilə gələn iraqlılar, qarşıdakı qitə və dünya səviyyəli yarışlara intensiv məşqlərlə daha yaxşı hazırlıq keçmək niyyətindədirlər. Bunun üçün yaradılan şərait planı həyata keçirməyə imkan verir. Bunu İraq millisinin məşqçilər heyəti də təsdiqləyib. Qeyd olunub ki, burada məşq, qidalanma, bərpa və istirahət üçün bütün infrastruktur qurulub.

Bu, İraq millisinin ölkəmizdəki sayca ikinci toplanışıdır. Bu vaxta qədər, müxtəlif vaxtlarda Səudiyyə Ərəbistanı, Oman, Misir və Mərakeş yığma komandaları da təlim-məşq toplanışı üçün Azərbaycanı seçmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.