İDMAN


Ağır atletika üzrə millimizin dünya birinciliyi üçün heyəti açıqlanıb

Ağır atletika üzrə millimizin dünya birinciliyi üçün heyəti açıqlanıb

Bakı, 21 mart, AZƏRTAC

Ağır atletika üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, aprelin 1-dək davam edəcək yarışda milli komandamızın üç üzvü gücünü sınayacaq.

Birincilikdə Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.