İDMAN
Ağır atletika üzrə respublika yarışlarının Lənkəranda keçirilən birinci seçmə mərhələsi başa çatıb
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, atletlər artıq Lənkərandakı yarışı da arxada qoyublar. Bu yarışda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən ağırlıqqaldıranlar körpücük üzərinə çıxıblar. Ümumilikdə 200-ə yaxın atlet Lənkərandakı iki yarış günündə medal üçün qüvvəsini sınayıb.
Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Fevralın 1-2-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]