İDMAN


Ağır atletika üzrə respublika yarışlarının dördüncü seçmə mərhələ turniri keçiriləcək

Bakı, 9 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının oktyabrın 13-dən 20-dək dördüncü seçmə mərhələ turniri keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, turnirin məqsədi regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Oktyabrın 13-dən 14-dək Xırdalanda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. Oktyabr 17-dən 18-dək Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, oktyabrın 20-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Şəxsi xarakter daşıyan yarışa yalnız texniki cəhətdən hazırlıqlı olan, 12 yaşdan yuxarı idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2000-2006-cı illərdə doğulan və daha yuxarı yaşlı kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar. qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək.

Xatırladaq ki, mərhələ yarışları ildə dörd dəfə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.