İDMAN


Ağır atletika yarışlarının birinci seçmə mərhələsi başa çatıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, son olaraq fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən 150-yə yaxın atlet körpücük üzərinə çıxıblar.

Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.