İDMAN


Ağır atletimiz Avropa birinciliyində bir qızıl və bir gümüş medal qazanıb

Bakı, 10 dekabr, AZƏRTAC

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, 15 yaşadək atletlərin mübarizəsində Nurlan Məmmədzadə (73 kq) birdən qaldırma hərəkətində 115 kiloqram nəticə ilə beşinci yeri tutub. N.Məmmədzadə təkanla qaldırmada daha yaxşı çıxış edib. Atletimiz 145 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla, eyni zamanda, çıxış etdiyi yaş qrupunda bu çəki dərəcəsində təkanla qaldırma üzrə yeni Avropa rekordu müəyyənləşdirib. N.Məmmədzadə toplam 260 kiloqram (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.