İDMAN
Ağır atletlərimiz Nailxan Nəbiyev və Kamran İsmayılov Avropa çempionatında çıxışlarını başa çatdırıblar
Bakı, 11 aprel, AZƏRTAC
Batumidə keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, aprelin 11-də Azərbaycan idmançılarından Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıblar. İdmançılarımızdan hər ikisi 96 kiloqram çəki dərəcəsində B qrupunda yarışıblar. Nailxan Nəbiyev toplam 337 (147+190) kiloqram nəticə ilə qrupda səkkizinci olub. Kamran İsmayılov isə 333 (148+185) kiloqram nəticə ilə doqquzuncu yeri tutub. Atletlərimizin yekun sıralamada tutacaqları yer A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.
Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışa Azərbaycan millisi 6 idmançı ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]