İDMAN


Ağır atletlərimizin Avropa çempionatında mübarizəsinə yekun vurulub

Bakı, 12 aprel, AZƏRTAC

Batumidə keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, aprelin 12-də Azərbaycan idmançısı Əliş Nəzərov körpücük üzərinə çıxıb. O, 102 kiloqram çəki dərəcəsində B qrupunda yarışıb. Atletimiz toplam 332 kiloqram (151+181) nəticə ilə öz qrupunda beşinci yeri tutub.

Ümumilikdə 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan 6 atletlə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.