CƏMİYYƏT
Ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
Bakı, 27 aprel, AZƏRTAC
Ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, həmin qazilər Əsgərov Orxan Tofiq oğlu, Daşdəmirov Qədir İsmayıl oğlu, Cəfərov Namiq Fərhad oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Əliyev İntiqam Oktay oğlu, Əlizadə Şəhriyar Mirağa oğlu, Zeynalov Məhiyyəddin Elsevər oğlu, Abdurrəşidov Qorxmaz Tələt oğlu, Məmmədzadə Arif Mahir oğlu, Məcidov Vidadi Əlisa oğlu, Babayev Anar Ramiz oğlu, Məmmədov Ədalət Ramazan oğlu, Qurbanov Xəyal Elburus oğludur.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-unun müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.