İDMAN


Ağırlıqqaldırma üzrə Avropa çempionatı təxirə salınıb

Bakı, 19 noyabr, AZƏRTAC

Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb.

AZƏRTAC Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnir 2021-ci il aprelin 3-dən 11-dək keçiriləcək.

Qeyd edək ki, qitə çempionatı bu ilin aprelində keçirilməli idi. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.

Ağırlıqqaldırma üzrə Avropa çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıyır. Tokio Olimpiadası da koronavirus pandemiyası səbəbindən təxirə salınıb və oyunların 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.