İDMAN


Ağırlıqqaldırmanın Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsi “Tokio-2020”dən sonra həll ediləcək

Bakı, 12 noyabr, AZƏRTAC

Ağırlıqqaldırmanın Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsi 2021-ci ilin yayında keçiriləcək Tokio Olimpiadasından sonra həll ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, ağırlıqqaldırmanın Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasının mümkünlüyü bu növdə dopinq problemləri ilə əlaqədar ortaya çıxıb. 2017-ci ilin dekabrında BOK İcraiyyə Komitəsi ağırlıqqaldırmanın “Paris-2024”ün proqramında qalması üçün əməl olunmalı meyarları açıqlayıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) isə təmiz idmana dair müstəqil komissiyanın bütün tövsiyələrini yerinə yetirdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.