SİYASƏT


“AgoraVox”: Ermənistan Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhərlərini atəşə tutmaqla üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır

Paris, 26 oktyabr, AZƏRTAC

Fransanın “AgoraVox” portalında “Ermənistan-Azərbaycan münaqişəsi: anlamaq üçün bütün fikirlər təhlil edilməlidir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğalından, Ermənistanın Gəncə şəhərində yaşayış massivini, eləcə də Mingəçevirin raket atəşinə tutulmasından bəhs olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhərlərini atəşə tutmaqla üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır.

Məqalədə Qarabağın qədim və müasir tarixi haqqında məlumat verilib. XIX əsrdə Qarabağın Rusiya imperiyası tərəfindən zəbt edilməsi, İran və Türkiyədən ermənilərin bu bölgədə yerləşdirilməsi diqqətə çatdırılıb.

Qeyd edilib ki, SSRİ dağıldıqdan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlayıb.

Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunub, Azərbaycanın münaqişəni daim sülh yolu ilə həll etməkdə maraqlı olduğunu bildirib.

Eyni zamanda, ölkəmizin Fransa və Türkiyə ilə münasibətlərinə toxunulub.

Müəllif tarixçiləri və jurnalistləri peşə deontologiyasına riayət edərək, reallığa yaxın olmaq üçün hər iki tərəfə dair oxşar tədqiqatlar aparmağı, tarixi həqiqətləri olduğu kimi əks etdirməyi məsləhət görüb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.