QAN YADDAŞI


“Ağrı” əsərindəki faktlar Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm önəmə malikdir VİDEO

Roma, 2 mart, AZƏRTAC

İtaliya Senatının kitabxanasında israilli müəlliflər Əmir və Arye Qutun “Ağrı” bədii-sənədli romanının təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşıb. Bu əsər Xocalı soyqırımı ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm önəm kəsb edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib.

Şöbə müdiri bu romanın gələcəkdə digər dillərə də tərcümə olunmasının əhəmiyyətini qeyd edib. O, nəşrdə, həmçinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanması və yüksək tolerantlıq mühitinin mövcudluğundan da bəhs edildiyini söyləyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.