CƏMİYYƏT


Ağrıkəsici preparatlar həftədə iki dəfədən çox qəbul edilməməlidir

Bakı, 15 fevral, AZƏRTAC

Ağrı zamanı ən çox müraciət olunan dərmanlardan biri də ağrıkəsicilərdir. Lakin onun qəbulu zamanı diqqətsizlik faydadan çox ziyan verə bilər. Daha çox baş, diş və əzələ ağrıları zamanı həmin preparatlardan istifadə olunur. Onların apteklərdə reseptsiz satılması həmin preparatları hər kəs üçün əlçatan edir.

Həmin dərman preparatları ağrını müvəqqəti olsa da, kəsir, lakin onların əks-təsirləri də yox deyildir. Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nazilə Xəlilbəyova AZƏRTAC-a bildirib ki, ilk növbədə, müayinə aparılmalı, ağrının mənşəyi öyrənilməlidir. “Məsələ burasındadır ki, həmin ağrıların alt qatında xəstənin özünün də başa düşmədiyi ciddi səbəb ola bilər. Ağrıkəsicilərdən uzun müddət istifadə edilməsi həmin səbəbləri daha da şiddətləndirə bilər. Dərman mədənin selikli qişasını aradan qaldırdığına görə müəyyən vaxtdan sonra mədə qanaması, infarkt və ürək-damar sistemi xəstəliklərinə, insult və digər beyin problemləri yarada bilər”, - deyə həkim bildirib.

Mütəxəssislər bildirilər ki, ağrıkəsici preparatlar həftədə bir-iki dəfədən çox qəbul edilməməlidir. Eyni tərkibli dərmanı dörd saatdan bir qəbul etmək doğru deyil. 65 yaşdan yuxarı və ürək xəstəliyi olanların isə həmin həblərdən istifadə etmələri tövsiyə olunmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.