İQTİSADİYYAT


“AgroX” innovasiya müsabiqəsinin yarımfinalçılarına mentor dəstəyi göstəriləcək

Bakı, 8 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi ilə “Startap Azərbaycan” təşkilatının birgə “AgroX” innovasiya proqramının iyulun 11-də “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində müsabiqənin yarımfinala keçmiş komandaları üçün mentor dəstəyi təşkil olunacaq.

“Startap Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, mentor dəstəyi Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universiteti, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və “Startap Azərbaycan”ın nümayəndələri tərəfindən göstəriləcək. Görüşdə 12 startap komandanın üzvləri iştirak edəcək.

“AgroX” müsabiqəsinin mükafat fondu 12 min AZN müəyyən olunub. Birinci yerin qalibinə 6 min AZN, ikinci yer 4 min AZN, üçüncüyə isə 2 min AZN təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.