CƏMİYYƏT


Ağsaqqallar Şurasının sədri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Bakı, 7 mart, AZƏRTAC

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə bildirilir ki, möhtəşəmliyi ilə seçilən, yüksək milli mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadını müstəqillik illərində böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Ana, bacı, qız övladımız olan qadınlarımız nə qədər gülürsə, sevinirsə, xoşbəxtdirsə, bizim həyatımız da bir o qədər mənalı olur.

Bildirilir ki, bu gün Azərbaycanda qadın azadlığı bərqərardır. Ötən əsrlərdə nə qədər məşəqqətli ömür sürüblərsə, bu gün, müstəqilliyimizdən sonra, qadınlarımız daha rahat, istədikləri kimi yaşayır, bütün işlərdə fəal olmağa çalışırlar. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün də qadınlarımızın fəallıq nümayiş etdirmələri və hər bir sahədə layiqincə təmsil olunmaları üçün mühüm addımlar atılır.

“Əziz və dəyərli xanımlar, mən təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından sizi təbrik edir, sizlərə səadət diləyirəm. Bayramınız mübarək olsun. Qəlbiniz sevinc dolu, üzünüz daim gülər olsun”, - deyə təbrikdə vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.