SİYASƏT


Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, əsgər və zabitləri təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

F.Heydərov bildirib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır. Ölkəmiz dünyada ordumuzun qüdrətinə görə 52-ci yerdə durur. Bu, çox mühüm amildir. Nizami ordunun gücünü, qüvvətini saxlamaq üçün böyük əzm və iradə lazımdır. Bunu da qüdrətli sərkərdə bacarığı olan Prezident, Ali Baş Komandan İlham Əliyev edə bilib. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu, Prezident İlham Əliyevin rəhbərliyi altında, sözün həqiqi mənasında, dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub.

Təbrikdə deyilir: “Biz nizami ordunun gücünü, qüvvətini məlum Aprel döyüşlərində bir daha görmüş olduq. Ulu Öndərimizin ideyalarına sadiq olan hərbçilərimiz, Azərbaycan əsgəri quruda, havada və dənizdə, hər yerdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Vətənin hər bir çağırışına hər an hazır vəziyyətdə dayanmışdır ki, bu da biz ağsaqqalların qürur yeri, fəxr mənbəyidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.