CƏMİYYƏT


Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Şuranın üzvləri ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Jurnalistlərə müsahibəsində Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O deyib ki, ulu öndər Heydər Əliyev keçmiş Sovet İttifaqı dövründə Azərbaycanı 15 respublika arasında ön sıralara çıxardı. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycan üçün doğulmuşdu, Azərbaycan üçün də yaşadı. Heydər Əliyev xalqımızın təkidi ilə siyasi hakimiyyətə gəlməklə və ölkəyə rəhbərlik etməklə Azərbaycanı dünyaya tanıtdı.

F.Heydərov qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitliyə və tərəqqiyə nail olunub. Məhz ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilib. Məhz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq, iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynayıb.

Ağsaqqallar Şurasının sədri bildirib ki, bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan dünyada sülhün, əmin-amanlığın nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.