SİYASƏT


Ağsaqqallar Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 11 dekabr, AZƏRTAC

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon və şəhər təşkilatlarının nümayəndələri və Şura üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar dekabrın 11-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.

Fəttah Heydərov jurnalistlərə müsahibəsində ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.