REGİONLAR


Ağstafa Rayon Uşaq Xəstəxanası təmir olunur

Ağstafa, 6 iyun, Famil Quliyev, AZƏRTAC

Ağstafa Rayon Uşaq Xəstəxanası əsaslı təmir olunur.

Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, iki mərtəbədən ibarət binada dam örtüyü, qapı və pəncərələr dəyişdiriləcək, binanın elektrik və istilik sistemi tamamilə yenilənəcək, divarlar, tavan və döşəmədə təmir-bərpa işləri aparılacaq. Həmçinin binanın ətrafında da müvafiq abadlıq-quruculuq işləri görüləcək.

Təmirdən sonra uşaq xəstəxanası yeni inventar və müasir tibbi avadanlıqla təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.