REGİONLAR


Ağstafa müəllimlərindən Qarabağda təhsilin inkişafına dəstək VİDEO

Ağstafa, 23 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qırx dörd gün davam edən Vətən müharibəsində xalqımız bizə qələbə sevincini yaşadan ordumuza dəstəyini bir an belə azaltmadı. Sosial şəbəkələrdə bu yaxınlarda diqqəti çəkən videomüraciət isə Ağstafa rayonunun müəllimlərindən gəldi.

AZƏRTAC xəbər verir ki, videomüraciətdə müəllimlər işğaldan azad edilən rayon, şəhər və kəndlərimizdə müəllimlik fəaliyyətini davam etdirməyə hazır olduqlarını bildiriblər. İngilis dili müəllimi Arzu Xəlilova deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qələbələrini gördükcə məndə Qarabağda işləmək həvəsi yarandı. İstərdim ki, işğaldan azad edilən rayonlarımızda, kəndlərimizdə təhsilin yenidən qurulmasında mənim də rolum olsun”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Məmmədova isə Cəbrayıl rayonundakı məktəblərin birində işləmək istəyir.

Qarabağda çalışmaq arzusunu bildirənlərdən biri də Ağstafa şəhər 1 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi Orxan Məmmədovdur. “Bu barədə biz təhsil şöbəsinə müraciət elədik. Onlar da fikrimizi dəstəklədilər. İşğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur qurulacaq, yeni məktəblər inşa olunacaq”, – deyə Orxan Məmmədov qeyd edib.

Bu gün təkcə təhsil sistemində deyil, bütün sahələrdə birlik, həmrəylik nümayiş olunur. Məhz bu birlik və həmrəyliyin nəticəsi olaraq ordumuz Qarabağı işğaldan azad etdi. İndi Qarabağımızın dirçəldilməsi, şəhər və kəndlərimizin abadlaşdırılması və yenidən qurulması zamanıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.