CƏMİYYƏT


Ağstafa rayonunda əl qumbarası, top mərmisi və raketlər aşkarlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ağgöl kəndində bir qumbaranın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası aşkarlanıb.

Qumbaranın tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 100 millimetrlik top mərmisi (BR-412) və tərkibində partlayıcı maddə olmayan PQ-2 təlim raketi aşkarlanıb.

Aşkarlanmış hərbi sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.