CƏMİYYƏT


Ağstafa rayonunda ev yanıb

Bakı, 21 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağstafa rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, rayonun Dağ Kəsəmən kəndində ümumi sahəsi 600 kvadratmetr olan birmərtəbəli barak tipli yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində evin 350 kvadratmetri yanıb. Evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.