Ağstafa rayonunun elektrik təsərrüfatında əsaslı təmir işləri aparılıb
AzerTAg.az
Bakı, 22 noyabr, AZƏRTAC
Ağstafa rayonunun elektrik təsərrüfatında əsaslı təmir işləri aparılıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin oktyabr ayında “Ağstafa” EŞ-də 13,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 6 milyon kilovat-saata yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 min kilovat-saatdan çox artaraq 2,7 milyon kilovat-saatdan artıq olub. Cari ilin 10 ayında isə müəssisə üzrə istehlak 105,2 milyon kilovat-saata yaxın olub.
Ödənişdə də artım qeydə alınıb.
Elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı ciddi tədbirlər görülür.
Xəbərin mətnində orfoqrafik səhv var