CƏMİYYƏT


Ağstafa və Tovuzda parklarda fitosanitar müşahidələr aparılıb

Bakı, 22 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağstafa və Tovuz rayonlarındakı parklarda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcalara, müxtəlif yaş mərhələlərində olan mənənələrə, yarpaqyeyən sovkalara, yarpaq bitlərinə, bağacıqlara, eyni zamanda, qızılgül bitkisinin və cökə ağacının yarpaqlarında göbələk xəstəliyinə (qara ləkə, unlu şeh) zəif sirayətlənmə aşkar olunub.

Bununla əlaqədar olaraq müvafiq qurumlar məlumatlandırılıb, aparılan mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri həyata keçirilib və digər zəruri tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.