İDMAN


Ağstafada “Coca-Cola məktəbli kuboku” yarışına yekun vurulub

Bakı, 16 may, AZƏRTAC

AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” yarışının Ağstafa rayonu üzrə final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında Qaçaq Kərəm kənd tam orta məktəbinin komandası ilə 2 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 6:0 hesabı ilə məğlub edən Qaçaq Kərəm kənd tam orta məktəbin komandası Ağstafa rayonu üzrə turnirin qalibi olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.