SİYASƏT
Ağstafada Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir
Ağstafa, 11 iyun (AZƏRTAC). 15 iyun- Milli Qurtuluş Günü münasibətilə Ağstafa Rayon İcra Hakimiyyətində geniş tədbirlər planı hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına əsasən, idarə və müəssisələrdə bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmiş, əməyinə görə hökumət təltifləri almış insanlarla görüşlər təşkil edilir. Rayon sakinləri Heydər Əliyev Mərkəzinə gələrək ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən ekspozisiyalarla tanış olurlar.
Bundan əlavə, rayonun bütün kitabxanalarında ulu öndərin həyat və fəaliyyətini əks etdirən guşələr təşkil olunmuşdur.
Həmçinin Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
İyunun 15-də isə Heydər Əliyev parkında ümumrayon toplantısı təşkil olunacaqdır.