CƏMİYYƏT


Ağstafada “Uşaq əməyinin istismarının qarşının alınması” mövzusunda təlim təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən uşaq əməyinin istismarının qarşısının alınması və müvafiq sahədə qurumlararası işin təşkili məqsədilə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində “Uşaq əməyinin istismarının qarşının alınması” mövzusunda növbəti təlim təşkil olunub.

AQUPDK-dan AZƏRTAC-a bildirilib ki, təlim Ağstafa, Tovuz, Şəmkir və Qazax Rayon İcra hakimiyyətləri orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, kiçik və orta bizneslə məşğul olan sahibkarlar, rayon polis idarələrinin post patrul xidmətinin manqa komandirləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları iştirak ediblər.

Tədbirdə ilk olaraq çıxış edən AQUPDK-nin əməkdaşı Şəbnəm Cəfərova iştirakçılara Komitənin müvafiq sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Fəridə Hacıyeva ekspert qismində çıxış edərək, iştirakçılara uşaq əməyinin formaları, uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar və onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi barədə geniş məlumat verib.

Tədbirin sonunda ekspertlər və Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.