REGİONLAR
Ağstafada əhalinin növbəti tibbi müayinəsinə start verilib
Ağstafa, 12 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevral ayından başlayaraq respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da əhalinin tibbi müayinəsinə start verilib.
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədilə müvafiq komissiya yaradılıb. Əhalinin növbəti tibbi müayinəsinin səmərəli təşkili üçün qrafik tərtib olunub. Həkim otaqlarında, rentgen, ultrasəs müayinəsi kabinetlərində, laboratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait var.
Artıq Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilməyə başlanıb.
Kütləvi tibbi müayinə aksiyası may ayınadək davam etdiriləcək.