REGİONLAR


Ağstafada festival keçirilib VİDEO

Ağstafa, 30 avqust, R. Novruzoğlu, AZƏRTAC

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Ağstafa “Gənclər Evi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “PIK Gənclik Festivalı” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalın açılışında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Gənclər Evinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı yeniyetmə və gənclər qatılıblar.

Festivalın səhnəsində Bakı şəhərindən təşrif buyurmuş, gənclərin sevimli müğənnisi Əhməd Mustafayev, eləcə də yerli rəqs qrupu və musiqiçilərin ifası, həvəskar gitaraçılar, saz ifaçıları, intellektual oyunlar izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Festivalın intellektual bölməsində verilən sualları düzgün cavablandıran tamaşaçılar müxtəlif hədiyyələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.