REGİONLAR


Ağstafada iki qardaş bıçaqlanıb VİDEO

Ağstafa, 13 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC.

Ağstafa rayonunda iki qardaş bıçaqlanıb. Hadisə Ağstafa rayonunun Köçəsgər kəndində baş verib.

AZƏRTAC xəbər verir ki, kənddə yerləşən kafelərin birində mübahisə zəminində Yaşar Zeynalov və qardaşı Müşfiq Zeynalov bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində ölüb. Digər qardaş isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.