CƏMİYYƏT
Ağstafada karantin rejimini pozaraq yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarına zidd olaraq yas mərasimi təşkil edildiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları mərasimi dayandırıblar. Ölkədə elan olunan karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər cərimələnib.
Bundan başqa, rayon polis şöbəsinin Köçvəlli polis bölməsinin əməkdaşları inzibati ərazidə karantin qaydalarına zidd olaraq 20-yə yaxın vətəndaşın iştirakı ilə iftar mərasimi təşkil edilməsini də aşkarlayıblar. Onlarla profilaktiki söhbətlər aparılıb, pandemiya qaydaları polis əməkdaşları tərəfindən bir daha xatırladılıb.