REGİONLAR


Ağstafada quldurluq hadisəsi baş verib VİDEO

Ağstafada quldurluq hadisəsi baş verib VİDEO

Ağstafa, 19 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada naməlum şəxslər gecə saatlarında Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzilə basqın ediblər. Onlar evdə tək olan Sahibə Ələkbərovaya qarşı fiziki zor tətbiq edərək, ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

AZƏRTAC xəbər verir ki, daha sonra maskalı şəxslər ərazidən uzaqlaşıblar. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda Ağstafa Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.