REGİONLAR
Ağstafada selin dağıtdığı körpü bərpa olunub
Ağstafa, 5 iyul, AZƏRTAC
Son günlər havaların kəskin dəyişməsi və güclü yağışların yağması nəticəsində Ağstafa rayonunun ərazisindən keçən çaylarda suyun səviyyəsi xeyli artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Həsənsu çayının Ermənistan ərazisindən keçən hissəsində su bəndinin açılması çayın keçdiyi Tatlı və Göycəli kəndlərində sel sularının artmasına səbəb olub, nəticədə keçid və körpülərə ciddi ziyan dəyib. Tatlı kəndində körpü yararsız hala düşüb. Çayda suyun səviyyəsi təmir-quraşdırma işlərinin aparılmasına imkan verən kimi körpünün bərpasına başlanılıb. Müvafiq ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi ilə Tatlı kəndində Həsənsu çayının üzərindəki körpü bərpa olunub. Bundan başqa, çay sularının sahil zolaqlarına vurduğu ziyan da aradan qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]