CƏMİYYƏT


Ağstafada sərnişindaşıma ilə əlaqədar tədbir keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara lazımi kömək göstərirlər. Sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polis əməkdaşları onlara yollarda mövcud vəziyyət haqqında məlumat verirlər.

Reyd zamanı qış rejiminin tələblərinə cavab verməyən üç mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub. Sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.