REGİONLAR


Ağstafalı sənətkar əl işlərindən ibarət sərgi təşkil etmək niyyətindədir VİDEO

Ağstafa, 15 mart, Famil Quliyev, AZƏRTAC

Ağstafa sakini taxtadan bir-birindən gözəl əl işləri hazırlayır. 55 yaşlı sənətkar taxtadan müxtəlif bəzək və məişət əşyaları, həmçinin çıl-çıraqlar və saatlar düzəldir. Ərsəyə gətirdiyi nümunələr sadəliyi ilə seçilsə də, maraqla qarşılanır. Böyük zəhmətlə başa gələn əl işləri davamlılığı və keyfiyyəti ilə də fərqlənir.

Sənətkar Araz Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Artıq 2 ildir bu işlə ciddi şəkildə məşğul oluram. Bu bir növ məşğuliyyət, istirahət etməyim üçündü, həm də bu sahədə biznesimi qurmaq istəyirəm. Gördüyünüz bu işlərin hamısı əl işləridir. Bunların hamısı ağacdan hazırlanıb”.

Xammal olaraq sənətkar əsasən ağac materiallarından istifadə edir. Xüsusən də şam ağacı bu əşyaların hazırlanmasında daha çox işə yarayır. Sənətkar bunu həmin ağacın daha möhkəm və davamlı olması ilə izah edir.

Araz Əliyev sifarişlə də əl işləri hazırlayır. Düzəltdiyi əşyaların üzərinə özünəməxsus etiket yapışdırır. Satdığı əl işlərinin qiyməti isə müxtəlifdir. Usta gələcəkdə əl işlərindən ibarət sərgi də təşkil etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.