REGİONLAR


Ağstafanın Böyük Kəsik kəndində yeni məktəb binasının tikintisinə başlanılıb

Ağstafa, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Ağstafa rayonunun Gürcüstan Respublikası ilə sərhəddində yerləşən Böyük Kəsik kəndində orta məktəb binasının tikintisinə başlanılıb.

Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülmüş işlərlə daha yaxından tanış olmaq məqsədilə məktəb binası üçün ayrılmış ərazidə olub, tikintidə çalışan mühəndis və fəhlələrlə görüşüb.

Bildirilib ki, Böyük Kəsik tam orta məktəbi 264 şagird yerlik olacaq. Hazırda binanın birinci mərtəbəsinin hörgü işləri yekunlaşmaq üzrədir.

Görüşdə çıxış edən kənd sakinləri bütün şəhər və rayonlarımızda olduğu kimi ucqar kəndlərdə də müasir infrastruktura və maddi texniki bazaya malik məktəblərin tikintisini Prezident İlham Əliyevin respublikamızda təhsilin inkişafına olan diqqəti və qayğısı kimi dəyərləndirib və dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.