CƏMİYYƏT


Ağstafanın Saloğlu qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında avtomat silahı aşkarlanıb

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də saat 12:13-də Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində bir ədəd avtomatın darağı ilə birlikdə tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə dəmiryol stansiyasının yaxınlığına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış avtomat silahı darağı ilə birlikdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən götürülüb.

Qurumun mütəxəssisləri tərəfindən silahın tapıldığı yerin ətrafında 500 kvadratmetr ərazi yerüstü, 100 kvadratmetr ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən noyabrın 2-dək 5287 ədəd partlamamış hərbi sursat, bir ədəd silah, iki ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib, 394 min 703 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.